F-1.az xatırladır ki, ispaniyalı sürücü 2003-2006-cı və 2008-2009-cu illərdə Renault komandasında çıxış edərək, 17 qələbə və 2 Dünya Çempionluğu qazanmışdı. Fransızlar son qələbərini də 2008-ci ilin Yaponiya Qran Prisində Fernando Alonso ilə qazanıblar.
Alen Prost: “Fernando Formula1-də ən vacib sürücülərdən biridir və hər komanda onu heyətində görmək istəyər. Əgər gələn il Renault-ya qayıtsa, bu bizi qürurlandırar. Onunla yenidən işləmək əla olardı. Fernando hələ də ən yaxşı sürücülərdəndir.
Bolidimizi təkmilləşdirməyə davam edirik və doğru yoldayıq. Sürücülərimiz də yaxşıdırlar. Xüsusən də, komandaya yenidən qoşulan Nikonun performansı çox yaxşıdır. Robert Kubitsa da bizimlə bir neçə dəfə testlərdə iştirak etdi. Sözün açığı, bunlar növbəti mövsümə hazırlıq deyil. Hələ sürücü heyətimizlə bağlı qərar verməmişik və görək nə olur”.