F-1.az xatırladır ki, ispaniyalı sürücü iki ildən sonra idmana qayıtmış və bolidə öyrəşməkdə çətinlik çəkmişdi. Lakin ikiqat Dünya Çempionu son iki yarışdan xal alaraq, tənqidləri susdurub.
Alen Prost da 1992-ci ildə Formula1 karyerasına 6 ay fasilə vermiş və 1993-cü ildə Williams-la idmana qayıdaraq, Dünya Çempionu olmuşdu.
Alen Prost: “1992-ci ildə 6 ay fasilə verəndə mən də çətinlik çəkmişdim. Lakin hər həftə testlər edirdik. Buan görə də Fernandonun mövsümün zəif olacağı məlum idi. Yeni komandada və yeni maşındadır. İki ildir idmanda yox idi. Özü də demişdi ki, vaxta ehtiyacı var. İndi isə geri döndü. İndi ideal formadadır”.