F-1.az xatırladır ki, fransızlar keçən il Lotus komandasını satın aldıqdan sonra çətin mövsüm keçirmiş və cəmi 8 xal toplayaraq, 9-cu ola bilmişdilər.
Alan Permeyn: “Toro Rosso, Force İndia və Haas-dan öndə olduğumuzu düşünürük.
Öndəki 3 böyük komanda fərqli səviyyədə olacaqlar. Williams da testlərdə çox sürətli görünürdü. Buna görə də yarışlarda 8-10-cu yerlər uğrunda çətin mübarizə olacaq.
Bizim əsas rəqiblərimiz Toro Rosso, Force İndia və Haas komandaları sürətlə inkişaf edə bilməyəcəklər və bu da bizim xeyrimizədir”.