A.Permeyn tənqidlərə cavab verib

Alpine komandasının idman direktoru Alan Permeyn sürücüsü Alonsonun tənqidlərinə cavab verib.

F-1.az xatırladır ki, Alonso 7-ci olduğu Yaponiya yarışından sonra komandasını sərt formada tənqid etmişdi. O bildirmişdi ki, komandası onu dinləməmiş və onu gec pitə çağırmışdı.

Alan Permeyn: “Hər şey sakitləşəndən sonra vəziyyəti yenidən təhlil etməliyik, amma yarış bir dövrə tez bitdi. Yarış düşündüyümüz kimi bitsəydi, Fernando son dövrədə Fetteli qabaqlayacaqdı.

Son pit-stopu daha tez etməli idik. Amma o vaxt bilmirdik ki, yeni təkər bizə belə üstünlük qazandırar. Çjou təkərini dəyişib, 5 saniyə sürətli olandan sonra buna qərar verdik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*