F-1.az xatırladır ki, 2 ildən sonra idmana qayıdan ispaniyalı sürücü mövsümə pis start vemriş və ilk yarışlarda komanda yoldaşı Okona aşkar şəkildə uduzmuşdu. Lakin ikiqat Dünya Çempionu son 3 yarışda gənc komanda yoldaşına qarşı üstünlük qazanıb və 14 xal toplayıb. Okon isə bu müddət ərzində xal yığa bilməyib.
Alan Permeyn: “Fernandonun qayıtma prosesi digər faktorlarla eynidir. Asfaltayatma qüvvəsi və at gücü tapmaq, sürücülərin performansını anlamaq üçün resept yoxdur. Hərək çox işləyəsən ki, hər şeyi anlayasan. Alonso da çox işləyir. Başlanğıcda bir az çətinlik çəkdi, amma heç vaxt deyingənlik etmədi və problemi özündə axtardı.
Heç vaxt bolidi və ya komandanı pisləmədi. Həmişə “problem məndədir, bunu bacarmalıyam, daha yaxşısını etməliyəm” dedi. Bunu ofisdə də, mətbuat önündə də dedi. Hələ də təkmilləşməyi dayandırmayıb. Hələ də komandanın inkişafına kömək edir və əla iş görür”.