A.Peres: Ferstappen-Peres mübarizəsi Senna-Proes mübarizəni bənzəyir

Serxio Peresin atası Antonio Peres düşünür ki, oğlu ilə Maks Ferstappen arasında gedən mübarizə Senna-Prost mübarizəsini xatırladır.

F-1.az xatırladır ki, beş yarışdan sonra Maks Ferstappen 3, Serxio Peres isə iki yarış qazanıb. İki sürücü arasında 14 xallıq fərq var və niderlandlı sürücü turnir cədvəlində liderdir.

Antonio Peres: “Maksla Peresi görəndə McLaren-dəki Senna-Prost ağlıma gəlir. O günləri yenidən yaşayırıq. Əlimizdə eyni qəfəsə qoyulmuş iki aslan var. İkisi də eyni gücdədir və bir qabdan yemək yeyirlər. Bir-birlərindən sürətli dövrələri oğurlaya bilirlər.

Sərbəst yürüşlərdə birinci olmaq istəyirlər, sıralanmada poul qazanmaq istəyirlər. Maksın üstünlükləri olsa da, Çeko eyni tempi tuta bilər. Maks normal şəraitdə 0.1-0.2 saniyə öndə ola bilər, ancaq çətin traslarda bərabərdirlər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*