A.Palou McLarenin ehtiyat sürücüsü olub

Gənc IndyCar çempionu komandanın ehtiyat sürücülərindən birinə çevrilib və Formula1-in IndyCar yarışları ilə üst-üstə düşməyən bütün mərhələlərində öz vəzifələrini yerinə yetirəcək.F

F-1.az xatırladır ki, Palou geridə qoyduğumuz mövsümdə McLaren ilə Ostində ABŞ Qran Prisinin ilk məşq sessiyasında çalışıb. Bundan əlavə, Aleks Barselona və Spilberqdə MCL35M ilə testlərdə iştirak edib.

Aleks Palou: “2023-cü ildə ehtiyat sürücülərdən biri kimi McLaren komandasına qoşulacağım üçün çox şadam. Mən trasda MCL35M və MCL36-nı yoxlaya bilmişəm – bu, əla təcrübə idi və indi gələn ilin bolidinin sükanı arxasına keçməyi səbirsizliklə gözləyirəm. Gələn il McLaren-in etibarını qazanmaq üçün var gücümlə çalışacağam”.

Andreas Zaydl: “Komanda Aleksin növbəti mövsüm üçün ehtiyat sürücülərdən biri olmasından məmnundur. O, Ostindəki ilk təcrübədə və bu il bir sıra testlərdə bizi heyran etdi. Palou artıq 2021-ci ildəki İndyCar titulu da daxil olmaqla bir çox motor idman nailiyyətlərinə malikdir. Onun komandadakı rolunu genişləndirə bilməsi çox gözəldir və biz daha yaxından işləməyi səbirsizliklə gözləyirik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*