F-1.az xatırladır ki, bu il MotoGP tarixində ilk dəfə olaraq sprint yarışları keçiriləcək. Sprint yarışları əsas yarışların yarısı qədər olacaq və qalibə 12 xal veriləcək. Bu yarışın nəticəsi əsas yarışın sıralanmasına təsir etməyəcək.
Bütün sürücülər Portimao-dakı qış testlərinin son günündə sprint yarışı üzərində məşq ediblər.
Aleks Markes: “Arxa təkərlərin vəziyyətini görmək üçün əvvəldən var qüvvəmlə sürdüm. Özümü pis hiss etmədim. Əvvəl təkərlərə çox yükləndim, amma yarışın qalanında nə edəcəyimiz planlaşdırılmışdı.
Sprint yarışlarında əvvəldən sona qədər var qüvvəmizlə sürəcəyik. Uzun yarışda stilinizi dəyişə bilərsiniz, amma sprint yarışında ancaq qaza basmalısınız. Fiziki cəhətdən çətin olacaq.
Buna görə də sprint yarışlarında çox güc sərf etməmək və bazar gününə fokuslanmaq lazımdır. Yenə də şənbə günündən həzz almağa çalışacağıq. Motosikletimiz də buna imkan verir. Ducati qısa məsafədə sürətlidir. Buna görə də sprint yarışlarından həzz alacağıq”.