F-1.az xatırladır ki, Aleks MArkes yarışa 4-cü yerdən başlasa da, pis start alaraq, gerilərə düşüb. O, sonradan 5-ci yerə yüksəlsə də, 7-ci dövrədə qəza edərək, mübarizəni dayandırıb.
Aleks Markes: “Yarışda performans cəhətdən özümü yaxşı hiss edirdim. Sıralanma turunda qəza etsəm də, özümə inanırdım və performansımız yaxşı idi. Ancaq fiziki cəhətdən özümü yaxşı hiss etmirdim və 12-ci döngədən əvvəl əylənərkən qusub qəza etdim. Yarışdan sonra özümü rahatlatdım və indi yaxşı hiss edirəm. Yarışda itirdiyim xalları kompensə edəcəm”.