A.Markes Mucellonun startında 3 yer itirəcək

FİM stüardları ilk dövrədəki insidentə görə Aleks Markesə növbəti yarışın startında 3 yer itirmək cəzası veriblər.

F-1.az xatırladır ki, ispaniyalı sürücü ilk dövrədə aqressiv manevr etmiş və həm Yohan Zarkonun, həm də Bred Binderin yer itirməsinə səbəb olmuşdu. Buna görə də stüardlar onu araşdırmağa başlamışdılar.

İnsidenti araşdıran stüardlar Markesin məsuliyyətsiz davrandığını qərara alıblar və ona Mucellodakı yarışın startında 3 yer itirmək cəzası veriblər.

Aleks Markes: “Yohanın arxasında idim və 5-ci döngədən sonra onun belə tez əylənməsini gözləmirdim. Daxili trayektoriyaya keçərək ondan qaçmağa çalışdım. Bu əsnada Bredə təmas etdim. O, daxili trayektoriyada idi və xaricə keçməli oldu. Buna görə məyusam, çünki niyyətim Bredlə mübarizə aparmaq deyildi”.

Qeyd edək ki, Markes altıncı turda Luka Marini ilə təmas yaşayaraq, mübarizəni yarıda dayandırıb.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*