A.Markes: Martinin günahı olsa da…

Gresini komandasının sürücüsü Aleks Markes düşünür ki, Xorxe Martin Amerika yarışının ilk dövrəsində səhv edərək, qəzaya səbəb olub.

F-1.az xatırladır ki, Xorxe Martin ABŞ yarışının startında ikinci döngəni geniş almış və üçüncü döngədə Aleks Markesə təmas etmişdi.

Aleks Markes: “Dizim ağrıdı, çünki ayağım iki motosikletin arasında qaldı. Bariyerə qədər belə getdim və sonra bariyerə çırpıldım. Asan deyildi. Əsəbiyəm, çünki xal itirdik.

Yaxşı fürsətimiz olduğu halda, xalsız qalmaq qəribədir. Portimao və Argentinada isə doğrudan da zəif idik, amma xal qazandıq.

Martin səhv etdi və təmas yaşadı. İkinci döngədə nəsə olmuşdu və üçüncü döngədə yerini qaytarmağa çalışdı. Çətin olsa da, çirkli tərəfdən gəlirdi və əyləclərə toxundu. Elə anda əyləcə bassanız, qəza edərsiniz. Amma bu hal hamının başına gələ bilər. Keçmişdə də oldu, gələcəkdə də ola bilər. Üzrünü qəbul edirəm və mövzu bağlanıb”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*