F-1.az xatırladır ki, ispaniyalı sürücü 2020-ci ildə Repsol Honda ilə MotoGP-də debüt etmiş və qardaşı Mark Markeslə komanda yoldaşı olmuşdu. Lakin o 2020-ci ildə cəmi iki podium qazandığı üçün yerinə Pol Esparqaro gətirilmişdi. Aleks isə LCR Honda komandasına göndərilmişdi.
Aleks Markes: “Düzünü desəm, Repsol Honda-nın qərarını qəbul edə bilmirdim. Amma buna hörmət etdim və onların vəziyyətini anladım. Keçmişi dəyişdirmək olmaz.
Bu qərar mənim üçün çətin oldu. LCR-də yarışanda özümü Honda üçün faydalı hiss etmirdim. Honda məndən istifadə edə bilmədi. Yenə də orada çox şey öyrətdim. Mənə fürsət verdikləri üçün Honda-ya minnətdaram”.