A.Markes: Honda-nın düzəlməsi üçün vaxt lazımdır

Gresini komandasının sürücüsü Aleks Markes bildirib ki, Honda-nın zəifləməsinə təəccüblənməyib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü 2020-ci ildə Repsol Honda komandası ilə MotoGP-də debüt etmiş və son iki mövsümü LCR Honda komandasında keçirmişdi.

Honda komandası son 3 mövsümdə zəif təsir bağışlayıb. Builki motosiklet də titul uğrunda mübarizə aparana oxşamır.

Aleks Markes: “Onları olduqları yerdə görmək məni təəccübləndirmədi, çünki nə baş verdiyini bilirəm.

Oradakı problemləri tezliklə həll etmək mümkün deyil. Yeni işçilər gətiriblər, amma yeni işçilər o problemləri həll edə bilməz. Zamana ehtiyacları var”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*