F-1.az xatırladır ki, ispaniyalı sürücü 2019-cu ildə Moto2-də çempion olduqdan sonra 2020-ci ildə Repsol Honda ilə MotoGP-də debüt etmiş, lakin həmin mövsüm sadəcə 2 podium qazandığı üçün peyk komandası LCR Honda-ya göndərilmişdi. Burada da iki mövsüm keçirən Aleks 2023-cü ildə Gresini-də yarışacaq.
Aleks Markes: “Honda ilə münasibətim həmişə yaxşı olacaq. Onlarla problem yaşamadım. Peyk komandasl ilə baza komandasında vəziyyət bir deyil. Peyk komandasında yeniliklər gec gəlir və problemli motosikletiniz varsa, işiniz çətindir.
Bunlara baxmayaraq, Honda ilə münasibətim yaxşıdır. Onlara minnətdaram, çünki mənə MotoGP-də yarışma fürsəti verdilər. Onlarla Moto3-də çempion olmuşdum”.