A.Markes Ducati-dən razıdır

Gresini Ducati komandasının sürücüsü Aleks Markes yeni komandasının iş prinsipindən razıdır.

F-1.az xatırladır ki, ispaniyalı sürücü karyerasının ilk 3 mövsümündə Repsol Honda və LCR Honda komandalarında yarışdıqdan sonra ilk dəfə Ducati motosikleti ilə çıxış etməyə hazırlaşır.

Aleks Markes: “Ducati-nin iş prinsipi gözəldir. Bütün sürücüləri dinləyirlər, ipucu verirlər və bu yaxşı haldır. Mən bu komandada yeniyəm və motosikletlə bir real test etmişəm. Komanda testlər ərzində bütün nüanslara toxundu və qeydlər apardılar. Burada iş anlayışı başqadır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*