F-1.az xatırladır ki, meksikalı sürücü bu il komandada ikinci mövsümünü keçirir. O, keçən il bolidə öyrəşməkdə çətinlik çəksə də, bu il qənaətbəxş çıxış edir və hazırda turnir cədvəlində üçüncüdür. Onu lider Ferstappendən 15 xal ayırır.
Alan Makniş: “Serxio əla yarışdı. İndi liderdən sadəcə 15 xal geridədir. Bu hal Kristian Horner üçün başağrısı ola bilər. Lakin bu gözəl problemdir və bütün komandalar bunu istəyərdi.
Serxio Monakoda aşkar şəkildə Maksdan üstün idi. Bu nadir hallarda baş verir. İkinci sürücüyə oxşamırdı. Əsl lider kimi idi. Red Bull-un Ferrari-yə qarşı iki güclü pilotu var”.