A.Loprays yarışdan çəkilib

Praga komandasının sürücüsü Aleş Loprays bir azarkeçi öldürdüyü üçün Dakar Rallisindən çəkilib.

F-1.az xatırladır ki, doqquzuncu etapda italiyalı bir azarkeş ölmüşdü. Lakin hadisəni kimin törətdiyi barədə açıqlama verilməmişdi.

Lakin stüardlar çərşənbə günü yük maşını sinfinin lideri Lopraysa məlumat veriblər.

Aleş Lorays: “Doqquzuncu etapdan sonra mənə bu xəbəri verdilər. Dakarın stüardları mənə bu görüntüləri göstərdilər. Qum təpəciklərinin arxasında duran və şəklimizi çəkmək istəyən bir adama vurduq. İki-üç saatdan sonra vəziyyəti pisləşdi və xəstəxanaya aparılanda yolda infarkt keçirib öldü.

Bu qəza bir insanın həyatını aldı. Bu mənim səhvimdir, çünki maşını mən sürürdüm. Heç nə görmürdüm. Əlimizdə bu isbatlayacaq maşıniçi kamera görüntüləri var. Lakin bu ahl onun öldüyü reallığını dəyişmir.

Onun ailəsinə vədostlarına başsağlığı verirəm. Çox məyusam. Bunu həyatımın sonuna qədər unutmayacağam”.

Qeyd edək ki, Laprays 9-cu etapdan sonra ən yaxın rəqibinə 26 dəqiqə fərq ataraq, yük maşınları sinifində lider gedirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*