F-1.az xəbər verir ki, Artur Prema Racing ilə F3-də yaxşı iki mövsüm keçirib, fərdi çempionatda 6-cı yeri tutub. İndi isə Fransanın DAMS komandasına keçir və noyabrın 23-dən 25-dək Əbu Dabidə keçiriləcək F2 testində öz maşınını idarə edəcək.
Artur Lekler: “Növbəti addımı atmaq və 2023-cü ildə DAMS ilə yarışacağım üçün və Formula2-yə keçdiyim üçün həyəcanlıyam. Bu, əla nəticələri olan çox uğurlu komandadır və ümid edirəm ki, mən də öz töhfəmi verə bilərəm, birlikdə yeni uğurlar qazanarıq. Şarl Pik komandanın yenidən qalib gəlməsi üçün mövsüm ərzində əla iş görüb və mən bunu gələn il də davam etdirməyi səbirsizliklə gözləyəcəyəm. Ancaq yeni mövsümün başlayacağı mart ayında qədər çox işimiz var və mən Əbu Dabidəki testləri səbirsizliklə gözləyirəm”.