F-1.az xatırladır ki, italiyalı mütəxəssis Ferrari-dən 2011-ci ildə ayrılmış və Mercedes-ə keçmişdi. Lakin “qırmızılar” bu il gözləntiləri qarşılaya bilməyib və buna görə də gələn il üçün yeni texniki heyət qurulmağa başlanılıb. Əvvəlcə Simone Resta komandası Alfa Romeo-dan ayrılaraq, Ferrari-yə gəlib. İndi də Aldo Kostanın italyan komandasına dönəcəyi düşünülür. Auto Bild-in xəbərinə əsasən Kosta artıq Maranello komandasına qayıtmağı qəbul edib.
Qeyd edək ki, Aldo keçən ilə qədər Mercedes-də baş mühəndis olsa da, 2019-cu ildən etibarən məsləhətçi vəzifəsinə keçib.