A.Komatsu: Şumaxer Maqnussendən faydalandı

Haas komandasının baş yarış mühəndisi Ayo Komatsu bildirib ki, Kevin Maqnussen gənc Mikin inkişafına kömək edib.

F-1.az xatırladır ki, danimarkalı sürücü mövsümün ilk yarışına bir neçə gün qalmış Nikita Mazepini əvəz etmiş və ilk 4 yarışda 14 xal toplamışdı. Şumaxer isə Kanada yarışından sonra güclənməyə başlamış və Avsriyada altıncı yeri tutmuşdu.

Ayo Komatsu: “Maqnussenin Şumaxerin üzərindəki təsiri böyükdür. Kevin komandaya qayıdanda iki il əvvəlkinə nisbətən çox fərqli insan idi. O meydan oxumağı və komanda ilə məlumat paylaşmağı sevir. Buna görə də Mik ondan faydalandı”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*