A.Həcərdən növbəti poul

Avstriyada gənc sürücülərin Formula 3 çempionatında mövsümün 5-ci mərhələsi başlayıb. Cümə günü keçirilən sıralanma turunda poulun sahibi müəyyənləşib.

Red Bull Rinq trası qısa olduğu üçün 30 sürücünü bir anda trasda olması və sürətli nəticə göstərməsi sürücülərə çətin anlar yaşadıb. İlk cəhdlərdən sonra mövsümün lideri Viktor Marten protokollara başçılıq edib.

İkinci cəhdlər zamanı yalnız Hitech GP komandasından Ayzek Həcər Viktorun nəticəsini üstələyə bilib – Red Bull Akademiyasının əlcəzair əsilli fransalı sürücüsü bazar günü ilk yerdən start alacaq.

Şənbə günü qısa (sprint) yarışda isə ilk cərgəni Kroon Oil yağlarının dəstəklədiyi MP MotorSport komandasının sürücüsü Kayo Kollet və ART GP-dən Xuan Manuel Korrea tutacaqlar.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*