F-1.az xatırladır ki, Tech3 GasGas komandasının sürücüsü Le Mandakı sıralanma turunda 12-ci olsa da, yarışda rəqiblərinin qəzasından faydalanıb və ötmələr edərək, yarışı 4-cü yerdə bitirib.
Moto2 üzrə sonuncu Dünya Çempionu bununla da özünü isbatlayıb. Həm də bütün yarışlardan xal qazanan 3 – Fabio Kuartararo, Avqusto Fernandes və Franko Morbidelli – sürücüdən biridir.
Avqusto Fernandes: “Çox xoşbəxtəm. Sözün açığı, özümə olan inamı bir az itirmişdim. Həm sprintdə, həm də sıralanma turunda qəza etmişdim. Bundan başqa ön təkəri Soft seçərək qumaq oynadım. Amma yarışda fürsətim oldu və ön qrupda qala bildim. Özümü yaxşı hiss edirəm.
Tempim yaşdı idi və son dövrələrdə Aleşə qarşı yaxşı mübarizə apardım. Çox xoşbəxtəm, çünki mövsümün beşinci yarışında 4-cü oldum. İndi isə daha yaxşı nəticə istəyirəm. Qazanmaq üçün buradayam. Buna görə öz işimə fokuslanacam”.