A.Esparqaro: Problem həll olunmalıdır

Aprilia komandasının sürücüsü Aleş Esparqaro arxa sürüş yüksəkliyi cihazına görə mübarizəni dayandırıb.

F-1.az bildirir ki, ispaniyalı sürücü ABŞ yarışının startından sonra arxa sürüş yüksəkliyi cihazına görə motosikleti daha alçaq vəziyyətdə sürüb. 12-ci döngədə isə bu problemə görə qəza edərək, mübarizəni dayandırıb.

Aleş Esparqaro: “İlk dövrə ərzində arxa sürüş yüksəkliyi cihazı xarab ola-ola sürdüm. 12-ci döngədə qaza toxunanda ön tərəfi itirdim. Deyəcək sözüm yoxdur.

Yarışda Raul da eyni problemi yaşadı. Problemi həll etmək lazımdır. Bu hal ilk dəfə yaşanmır.

Keçən il belə problem yox idi, amma builki motosikletdə bu detalı dəyişdik və mövsümöncəsi testlərdə bu problemlə üzləşdik. İlk iki yarış problem yaşamasaq da, burada yaşadıq. Problem isti havalarda üzə çıxır, amma sprintdə heç nə olmadı. Problemin nə vaxt gələcəyini bilmirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*