A.Esparqaro: Markesə verilən cəza azdır

Aprilia komandasının sürücüsü Aleş Esparqaro bildirib ki, Mark Markesi bir yarış uzaqlaşdırmaq lazım idi.

F-1.az xatırladır ki, Mark Portuqaliya yarışında ikinci yer uğrunda mübarizə apararkəm Oliveyraya arxadan çırpılıb və iki sürücü də mübarizəni dayandırıb. İnsidenti araşdıran stüardlar 8 qat Dünya Çempionuna növbəti yarışda iki uzun dövrə cəzası verib.

Lakin Aleş Esparqaro bu cəzadan narazıdır: “Məncə, Markesi bir yarışdan uzaqlaşdırmaq lazım idi. Eynilə keçən il Takaaki Nakaqamidə olduğu kimi…

Cəza məncə, axmaqlıqdır , amma qaydaları mən yazmamışam. Buna görə vecimə deyil.

Ümid edirəm ki, Migel yaxşıdır. Markes ona elə bərk çırpıldı ki, az qala dizləri qırılacaqdı. Bunu çox yaxşı bilirəm, çünki bir neçə il öncə Bredli Smit ilə buna oxşar insidemy yaşamışdıq və dizlərim qırılmışdı. Bir il ağrıdan ölmüşdüm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*