F-1.az xatırladır ki, Aprilia komandası keçən il beş yarışdan sonra 1 qələbə qazanmışdı. Bu il isə onlar sadəcə bir dəfə podiuma – Portuqaliyada Vinyalesin tutduğu ikinci yer – yüksələ biliblər.
2023-cü il xüsusən də, Esparqaro üçün pis başlayıb. Onun builki ən yaxşı nəticələri İspaniya və Fransada qazandığı 5-ci yerlərdir. Bundan başqa ispaniyalı sürücü vətənindəki yarışa pouldan başlamışdı. Pol hazırda 11-ci yerdədir və lider Banyayadan 52 xal geridə qalır.
Aleş Esparqaro: “Önümdəki rəqiblərimdən daha sürətli olduğumu hiss etdiyim belə yarışa ehtiyacım var idi. Sözün açığı, nəticə heç də ürəkaçan deyil. Amma bu yarışa ehtiyacım var idi.
Özümü güclü və sürətli hiss edirdim. Artıq bizim üçün xüsusi olan Mucelloya rahatlıqla qayıda bilərik. Ducati ilə aramızdakı fərq elə də böyük deyil. Yarışlarda daha yaxşı performans göstərməliyəm.
Bunu edə bilərəm, çünki hazırda çox yaxşı motosikletimizin olduğunu hiss edirəm.
Motosikletimizin güclü və Ducati-yə yaxın olduğunu deyirəm, amma bunu isbatlamalıyıq”.