A.Esparqaro: Ən pis günüm idi

Aprilia komandasının sürücüsü Aleş Esparqaro bildirib ki, Valensiyada karyerasının ən pis gününü yaşayıb.

F-1.az xatırladır ki, ispaniyalı sürücü son yarışa üçüncü yerdə gəlsə də, motor probleminə görə finişə çata bilməyib və turnir cədvəlində dördüncülüyə geriləyib.

Aleş Esparqaro: “Mövsümü məyus olaraq bağladıq. Əlimdən gələni etdim və üçüncü yer uğrunda mübarizə yuxu kimi idi. Yarışdan əvvəl yatmamışdım. Bilirdim ki. şansım olacaq. Lakin motor partladı və mübarizəni dayandırmalı oldum. Heyif…

Problemin qaynağı nədir bilmirəm. Karyeramın ən pis gününü geridə qoydum. Keçmişdə onluğa düşə bilmirdim, amma indi üçüncü yer uğrunda mübarizə apardım”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*