F-1.az xatırladır ki, Ducati Desmosedici keçən il çox üstün olmuşdu. Artıq o motosikletin əyləc və motor performansı digər komandalar üçün meyar nöqtəsidir.
Aleş Esparqaro: “İki şey deyəcəm: Birincisi Ducati hələ də ən güclü motosikletdir. Düzdür, əvvəlki kimi dominant deyillər, amma ən güclüdürlər. Əylənmədə çox yaxşıdırlar və bu dəlisovluqdur.
Aprilia-da motosikleti sadəcə ön təkərlə saxlaya bilirəm, amma Ducati-də əylənmə vaxtı hər iki asılqan da alçala bilir. Arxa təkərdən çox istifadə edirlər.
Videolarda bunu çox təhlil etdik. Əylənmədə yükü arxaya salmaq üçün çox sazlanma sınadım və işə yaradı. Buna görə sürətli dövrə vurdum. Lakin bu bəs eləmir. Ümid edirəm ki, fərqi bağlayarıq”.