F-1.az xatırladır ki, ispaniyalı sürücü Niderlandda yaxşı həftəsonu keçirib. O, Sprint yarışında 4-cü, əsas yarışda isə 3-cü olaraq, podiuma yüksəlib.
Aleşin podiumu bir az dramatik alınıb, çünki yarışın startında Marini ilə təmas edərək, ön qanadını zədələyib. Yarışın son dövrəsində isə üçüncü yerdəki Bred Binder motosikleti ilə yaşıl zonaya təmas edərək, trası kəsib və buna görə finişdə 1 yer itirib. Beləliklə, Aleş builki ilk podiumunu əldə edib. Bu, həm də ispaniyalının 9 aydan sonra ilk podiumudur.
Aleş Esparqaro: “Sağ qanadçığı itirmək çoxlu vaxt itirməyimə səbəb oldu. Sağa dönən döngələrdə işimiz çətinləşmişdi. Binderi keçə bilmədim. Ondan sürətli olsam da, bacarmırdım. Mən də ona yaxın qalıb, onu təzyiqdə saxlamağa çalışdım. Beləliklə onu riskə getməyə məcbur etdim. Son dövrədə bu təzyiqin təsiri ilə sürüşdü və yaşıl zonaya çıxdı. Səhv elədi. Məncə, bu podiuma layiqik.
Binderdən sürətli olsam da, qanadım zədəli olduğu üçün ona çata bilmirdim. Ona çox yaxınlaşada da təkər təzyiqinə görə qırmız işıq yanırdı və mənə xəbərdarlıq verirdi. Bütün bu problemlərlə yarışın sonan qədər mübarizə apardım. Binderə mümkün qədər yaxın olmağa çalışdım. Yarış doğrudan da çətin idi. Xüsusən də start… Ancaq bu bizim işimizdir. Butada texniki və sürücü səviyyəsi çox yüksəkdir. Bunu tam səmimi deyirəm.
Müasir dövrdə MotoGP-də parlamaq çox çətindir. Çox stabil və sürətli olmalısınız. Bundan başqa önlərdən başlamaq lazımdır. Bu həftəsonu sürətli idik, stabil idik və öndən başladıq.
Mövsümün ikinci hissəsndə həmişə öndəki komanda ilə mübarizə aparmaq lazımdır. Məncə, çempionatı ilk beşlikdə bitirmək real hədəfdir. İndi isə bu podiumdan həzz almaq lazımdır. Bütün komanda buna layiqdir. Növbədə tətil günləridir və əminəm ki, zədələrim tamamilə sağalacaq”.