A.Esparqaro: Aprilia yarışda zəifdir

Aprilia komandasının sürücüsü Aleş Esparqaro bildirib ki, Aprilia hazırda KTM-dən güclü olsa da, onlarla mübarizə apara bilmirlər.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Xeresdəki yarışa pouldan başlasa da, finişə 5-ci yerdə çatıb. O, yarışda yaxşı start almayıb və geriləyib.

Aleş Esparqaro: “Çox məyusam. Növbəti dəfə motosikletin işləmədiyini və yaxşı olmadığını deyə bilərəm. Ancaq bu doğru deyil. Peletondakı ən yaxşı motosikletlərdən birinə sahibəm. Motosikletimi sevirəm. Doğrudan da əladır. Onu çox sürətli sürə bilərəm.

Cümə günü ən sürətli mən idim, ancaq yarışda trayektoriyada gedə bilmirəm və istədiyim kimi yarışa bilmirəm. Rəqibimə yaxınlaşanda ön tərəfi itirirəm. Motosiklet dönmür. Ön təkər əsl fəlakətdir.

Önümdəki rəqibim yıxılanda və önüm boşalanda sürətli dövrə vurdum. Motosikletim yarışmağa və ötmə etməyə icazə vermir.

KTM-i təbrik edirəm. Gördükləri iş inanılmazdır. Sürücülər, Cek, Bred və bütün komanda əla iş görürlər. Motosikletləri onlara aqressiv olmağa kömək edir. Təkərlərin konseptini, 2023-cü ilin yarış tərzini anlayırlar. Bizdən daha yaxşıdırlar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*