F-1.az xatırladır ki, taylandlı sürücü 2022-ci ildə birillik fasilədən sonra idmana qayıdıb. O, bu mövsüm 3 yarışdan xal qazanıb.
Aleksander Elbon: “Xal almaq üçün ən böyük fürsət Montsa idi. Səhhətim yerində olsa, xal qazanardım. Bundan başqa harada fürsət oldusa, xal qazandım. Heyif ki, zəif idik. Gələn il belə olmaq istəmirik. Problemləri həll etməliyik. Bunu bacarsaq, komanda olaraq fürsətlərimiz olacaq. Bolidimiz güclü olsa, daha yaxşı nəticələr üçün mübarizə aparacağıq və çox xal qazanacağıq”.