A.Elbon yarışmaq üçün yalvarıb

Toro Rosso komandasının sürücüsü Aleksander Elbon 2018-ci ildə Formula2-də yarışmaq üçün DAMS komandasına yalvarıb.

F-1.az xatırladır ki, britaniyalı sürücü 2018-ci ildə Formula2 çempionatında 3-cü yeri tutmuşdu. Lakin DAMS komandası Elbonla mövsümün əvvəlində təkyarışlıq müqavilələr bağlasa da 3-cü yarışdan sonra gənc sürücüylə mövsümün sonuna qədər müqavilə bağlamaq qərarına gəlmişdi.

Aleksander Elbon: “Yanvar və ya fevral ayında komandanın başçısı Fransuaya telefonda yalvarırdım və orada yarışmaq üçün pulum yox idi. Buna baxmayaraq məni yarışdırdı. Ondan sonra özümü isbatladım və çempionatda qalmaq üçün mübarizə apardım. Mövsümü üçüncü yerdə bitirdiyim üçün məyusam, çünki ikinci yerə layiq idim. Lakin bütün bunlara görə DAMS komandasına borcluyam”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*