F-1.az xatırladır ki, Williams komandası Montsa və Spa kimi asfaltla ilişmə tələb etməyən traslarda güclü olsa da, yavaş traslarda geridə qalırlar.
Aleks Elbon: “Təkər yeyilməsinin az olduğu traslar bizə uyğundur. Asfalttayatmada zəifik və çox sürüşürük.
Rəqiblərimizə nisbətən təkərləri çox qızdırırıq. Bəhreyndə güclü idik, çünki gecə yarışı idi. Ciddə də gecə yarışında tempimiz yaxşı idi. Avstraliyada isə hava soyuq idi.
Bolidimiz normal deyil. Asfaltlayatmaya tələbkar olmayan traslarda çox yaxşıyıq. Buna görə Montsa kimi traslarda yaxşı oluruq”.