F-1.az xəbər verir ki, Elbon yeni maşından razı qaldığını bildirib.
Aleksander Elbon: “İndi yeni maşından çox razıyam, komandanın ötənilki problemlərin bir qismini həll edə bildiyi göz qabağındadır. Mövsüm başlamazdan əvvəl həmişə özünüzə çoxlu suallar verirsiniz və yalnız tras üzərində onlara cavab tapa bilirsiz.
Mən vaxtından əvvəl proqnozlar vermək istəmirəm, çünki maşının rəqabət qabiliyyətini digərlərini görmədən qiymətləndirmək mümkün deyil, amma aydındır ki, biz düzgün istiqamətdə gedirik. Əsas olan budur. Bəhreyndəki testlərə qədər hər şey qaydasında gedir”.