F-1.az xatırladır ki, komandalar mövsüm bitdikdən sonra 2023-cü il təkərlərini test etmək üçün Əbu Dabidə qalıblar.
Aleks Elbon: “Mövsümsonu testlərində uzun məsafələr qət etdik və hər şey plana uyğun getdi. Gələn il üçün bütün təkərləri test etdik və tərkiblər arasındakı fərqləri anlamaq üçün qışda təhlillər aparacağıq. Əslində keçənilki təkərlərlə fərq o qədər çox deyil. Yenə də çətin iş başlayır. Bəhreynə hazır getməliyik”.