F-1.az xatırladır ki, Formula1-in ən titulli ikinci komandası keçən mövsümdə də sonuncu yeri tutmuşdu.
Aleks Elbon: “Həm pozitiv, həm də neqativ düşünürəm. İlk mərhələdə 10-cu komanda olduğumuzu fikirləşirəm.
Düzünü desəm, keçən ilə nisbətən bolidimiz daha güclüdür. Lakin temp cəhətdən rəqiblərimi daha yaxşıdırlar.
Qarşımıza xal fürsəti çıxmalıdır və bu asan olmayacaq. Bunun reallaşması üçün bir şey baş verməlidir.
Testlərdə bolidimiz etibarlı görünürdü. Buna görə də ilk yarışda rəqiblərimiz etibarsızlıq problemi yaşasa, bundan faydalana bilərik. Ancaq sürət cəhətdən geridəyik. Real rəqiblərimiz AlphaTauri və McLaren-ə nisbətən geridəyik”.