A.Elbon: Stasionar traslarda zəifik

Williams komandasının sürücüsü Aleks Elbon bildirib ki, stasionar traslarda geri qalırlar.

F-1.az xatırladır ki, taylandlı sürücü Barselonadakl yarışı 16-cı yerdə bitirib və növbəti dəfə xalsız qalıb.

Aleksander Elbon: “Yarış asan keçmədi, amma düşündüyümdən yaxşı keçdi. Mübarizə apardıq və üç maşını keçə bildik. Cümə və şənbə günləri göstərdiyimiz performansımıza baxanda bazar günü aldığımız nəticəyə təəccübləndim.

16-cı yerə görə xal qazanmırsınız, amma yağış yağsaydı, bəlkə şansımız olardı. Bu həftəsonunda gördük ki, Barselona kimi stasionar traslarda çətinlik çəkirik və asfaltayatma qüvvəsinə görə geridə qalırıq.

Tezliklə yeniliklərimiz olacaq və ümid edirəm ki, performansımız artdıqca orta qrupla mübarizə apara bilərik. O zamana qədər əlimizdəki maşından maksimumu almalıyıq. Ümid edirəm ki, Kanadada daha yaxşı nəticə qazanarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*