F-1.az xatırladır ki, Loqan finiş xəttini 12-ci keçərək debütantlar arasında ən yaxşı nəticəyə sahib olub.
Loqan Sarcent: “Loqan çox sürətlidir. O, keçən il ilk cümə məşqində sükan arxasına keçəndə bunu göstərmişdi. O, təbii sürətə malik olan sürücülərdən. Əla rəy verməsi xoşuma gəldi. O, maşınımızın məhdudiyyətlərini başa düşür və hansı sahələrdə işləməli olduğumuzu bilir.
Təbii ki, Loqanın təcrübəsi azdır, amma maşını hiss edir. Komanda ilə ünsiyyətdə olanda və rəy bildirəndə eyni dildə danışırıq. Bu, çox yaxşıdır”.