A.Elbon: Rikkardo ilə fərqli vəziyyətdəyik

Williams komandasının sürücüsü keçən ili Mühəndislər Kubokunda sonuncu yerdə başa vursalar da, bu il hər şeyin daha yaxşı olacağına əmindir.
Aleksandr Elbon: “Çox məyusam ki, keçən il layiq olduğumuz nəticələri əldə edə bilmədik, baxmayaraq ki, bu şəxsən mənimlə bağlı deyildi. Amma düşündüm ki, nəyi düzəldə, nəyi daha yaxşı edə bilərəm.
Məcburi fasilədən sonra Formula1-ə qayıtdım və özümü daha həvəsli hiss etdim. Nələri səhv etdiyim barədə düşünməyə vaxtım oldu. Keçən ildən bəri nə qədər qəribə səslənsə də, özümü qabiliyyətlərimə daha inamlı hiss edirəm.
Rikkardonun əsas sürücü kimi çıxış etməyəci xəbərindən sonra onunla danışmamışam. O, başqa nəslin yarışçısıdır. Mən fasilə verəndə çıxanda gənc idim və Formula1-ə qayıtmaq istəyirdim. Daniel uğurlu yarışçıdır, yəqin ki, qələbələr uğrunda mübarizə apara bilməyən komanda ilə müqavilə bağlamaq istəmirdi. Mən isə yarışa qayıtmaq üçün istənilən komanda ilə müqavilə bağlamağa hazır idim. Düşünürəm ki, əsas fərq budur”.
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*