F-1.az xatırladır ki, qış tətilində Williams komandasının rəhbərliyində dəyişiklik olub. Yost Kapitonu fevralın 20-dən Ceyms Vavls əvəz edəcək.
Aleksander Elbon: “Zamanlama cəhətdən çətin idi, çünki bu qərar alınanda yeni mövsümə hazırlıq dövrü idi. Yostu çox istəyirdim və münasibətimiz yaxşı idi. Məni idmana o qaytarmışdı və onunla çox vaxt keçirirdim.
Ceymsin Mercedes-dəki təcrübəsi ümid edirəm ki, işləri yaxşılaşdırar. Görək nə olur. Təbii ki, Mercedes kimi komandadan gəlmiş biri ilə işləmək gözəldir. Ceyms Mercedes-də bütün sahələrdə təcrübəli idi. Bundan istifadə edə bilərik”.