A.Elbon: Podium mümkün idi

Red Bull komandasının sürücüsü Aleksander Elbon bildirib ki, bir neçə dövrə də olsa, Həmiltonu keçə bilərmiş.

F-1.az xatırladır ki, taylandlı sürücü Əbu Dabidə yaxşı performans göstərib və Həmiltondan cəmi 1.5 saniyə geridə qalaraq, dördüncü olub.

Aleksander Elbon: “Yaxşı nəticə oldu. Bütün həftəsonu əla keçdi və bir neçə dövrə daha olsaydı, Həmiltonu keçərdim.

Hard təkərlərə keçdikdən sonra əvvəlcə problem yaşadım. Amma daha sonra o təkərlərlə sona qədər gedəcəyimizi biləndə rahatlandım. Mənim üçün gözəl həftəsonu oldu.

Gələn il nə edəcəyimi bilmirəm. İndi evə gedəcəm və ailəmlə yeni ili qeyd edəcəm. Görək sonra nə olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*