F-1.az xatırladır ki, indoneziyalı sürücü 2020-ci ilin sonunda Red bull-dan göndərilmiş və komandanın ehtiyat sürücüsü olmuşdu. Bundan sonra 2021-ci ildə DTM-ə keçən Aleks 2022-ci ildə Williams-la yenidən Formula1-ə qayıdıb.
26 yaşlı sürücü bu il Williams ilə qənaətbəxş performans göstərir və 4 xal toplayıb. Britaniya komandası da onun əziyyətini dəyərləndirərək gənc pilotla çoxillik müqavilə bağlayıb.
Aleks Elbon: “Formula1-ə qayıdanda əsas gözləntim burada qalmaq idi. Qəribə səslənsə də, elədir. Birillik müqavilə bağlamışdım və belə olanda gələcəyiniz təminat altında olmur. Çoxillik müqavilə isə özünüzə olan inamı artırır. Artıq pilotaj cəhətdən özümə olan inamım geri qayıdıb.
2020-ci ilin sonunda lap zəif idim. DTM-də isə hər şey fərqli idi. Səviyyəmi ölçmək çətin idi. İndi isə özümü yaxşı hiss edirəm. Bu il yaxşı performans göstərirəm. İnkişaf etmək istəyirəm. Gözəl mövsüm idi. Gözlədiyimdən yaxşı keçir”.