Düzdür, məlumatda qeyd olunmamışdı ki, Red Bull, yoxsa AlphaTauri komandasının sürücüsündən söhbət gedir.
Amma bu gün səhər Red Bull komandasının mətbuat xidməti məlumatı təkzib edib: “Sürücülərin hamısının sonuncu testi mənfi çıxıb və onlar hamısı yarışda iştirak edəcək…”
Xatırladaq ki, sonuncu dəfə koronovirusa yoluxan sürücü Şarl Lekler olmuşdu – Ferrari sürücüsü yanvar ayında bu virusa yoluxmuşdu…