A.Elbon məyusdur

Williams komandasının sürücüsü Aleksander Elbon bildirib ki, trasın temperaturu düşdüyü üçün yaxşı nəticə göstərə bilməyib.

F-1.az xatırladır ki, indoneziyalı pikot mövsümün son sıralanma turunda ikinci sessiyaya belə qala bilməyib.

Aleksander Elbon: “Üçüncü məşqlərdən sonra özümüzə güvənirdik və bolid yaxşı görünürdü, amma trasın temperaturu düşdükdən və trafik artdıqdan sonra təmiz dövrə vurmaq çətinləşdi. Trasa çıxış dövrəmdə 7-8 maşın keçsəm də, tam hazır ola bilmədim.

Altıncı döngədən sonra yaxşı getdim, amma birinci sektorda təkərləri qızdırmağa çaışarkən çox vaxt itirdim və ikinci sessiya əlimdən uçub getdi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*