F-1.az xatırladır ki, taylandlı sürücü İtaliyadakı sıralanma turunda 6-cı yeri tutub.
Aleks Elbon: “Yaxşı dövrə vurduq və əla iş gördük. Buraya gələndə hədəfimiz son sessiyaya qalmaq idi və altıncı yer əla nəticədir.
Məncə, yarış tempində güclü maşınlar bizdən öndədirlər. Onlarla yarışmıram. Amma bəlkə, Aston Martin və McLaren-ə qarşı şansımız olar. Lakin çox xoşbəxtəm.
Komandanın böyük addım atdığını demək çətindir, çünki bu tras onsuz da bizim üçün əlverişli idi.
Əslində AlphaTauri-nin belə güclü olmasına təəccübləndim. Bu yarışların hesabına rəqiblərimizlə aradakı fərqi artırmalıyıq. Realist düşünsək, sadəcə burada və Las Veqasda rəqabətədavamlı olacağıq. Buna görə də inkişaf etməli və xalları qazanmağa çalışmalıyıq”.
Aleks Elbon bildirib ki, Karlos Sayns hazırda formasının zirvəsindədir: “Karlos barədə bunu deyə bilərəm ki, formasının zirvəsindədir. Bütün həftəsonu ərzində onu izlədim və çox yaxşı idi. Burada tempini tapdı”.
Qeyd edək ki, 26 yaşlı sürücü keçən həftə Niderland yarışına 4-cü başlasa da, sonda 8-ci olmuşdu.