A.Elbon: Mayamidə ən sürətli doqquzuncu maşın idik

Williams komandasının sürücüsü Aleks Elbon bildirib ki, Mayamidə ən sürətli 9-cu komanda olublar.

F-1.az xatırladır ki, taylandlı sürücü Mayamidə sıralanma turunda ikinci sessiyaya qalsa da, yarışda 14-cü olub.

Aleks Elbon: “Çox çətin yarış idi. Heyif ki, tempimiz zəif idi. Deyəsən yarışa 9-cu sürətli maşın olduğumuzu düşünərək girdik və elə idik. Ön və arxa təkərlərə nəzarət etməyə çalışırdıq, ancaq ilişmə çox zəif idi. Buna görə bolid sürüşürdü.

Növbəti traslar maşınımıza uyğun deyil və rəqiblərimiz yeniliklər gətirəcəklər. Buna görə də bizimlə fərqi açmamaları üçün əlimizdən gələni etməliyik. Həftəsonundan çıxaracağımız dərslər var, amma Mayamidaki yarışlar harada olduğumuzu bizə göstərir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*