F-1.az xatırladır ki, Formula1-in ən titullu ikinci komandası keçən mövsümü sonuncu sırada tamamlamışdı.
Aleks Elbon: “Komandada daha bir il yarışacağım üçün həyəcanlıyam. Bolid əla görünür və Silverstounda sükan arxasına keçəcəyik. Bazadakı işçilər həm keçən il, həm də qışda çox işlədi. 2023-cü il üçün boliddən maksimumu almağa çalışdıq. Buna görə də FW45-in potensialını görmək üçün səbirsizlənirəm.
Bundan başqa komandaya yeni tərəfdaşlar qatılıb. Onları aramızda görmək gözəldir”.