F-1.az xatırladır ki, taylandlı sürücü nahardan sonra sükan arxasına keçərək, ilk dəfə Williams komandasında çıxış edib.
Aleks Elbon: “Nahardan sonra boliddə yaxşı vaxt keçirdim və xoşbəxtəm. Bolid əla idi və komanda Barselonada əla iş gördü. Yaxşı yol qət etdik və bu, çox vacib idi. Mövsümə əla başladıq.
Testlərin ilk günündə hər şeyin qaydasında olduğundan əmin olmaq istəyirsiniz. Bizim üçün vəziyyət yaxşı idi və bunun hesabına bolidin performansı üzərində işləməyə başladıq. İndidən performans üzərində işləmək əladır”.