A.Elbon Fettelin sonuncu şam yeməyindən danışıb

Williams komandasının sürücüsü Aleksander Elbon bildirib ki, Fettelin təqaüdünü qeyd etdikləri sonuncu şam yeməyi çox xüsusi olub.

F-1.az xatırladır ki, peletondakı 20 sürücü dördqat Dünya Çempionunun son yarışı şərəfinə Əbu Dabidə bahalı restoranlardan birində şam yeməyi yemişdilər.

Aleks Elbon: “Şam yeməyi çox xüsusi idi. Çox əyləndik. O qədər güldük ki, sonda yanaqlarım ağrıdı. Hər şey çox gözəl idi.

Orada nələr olduğunu danışa bilmərəm, amma maraqlı hekayələr danışdıq.

Biz normal insanlarıq. Boşqabımızda kürülər və ya qızıl qaşıq olmur. Fiks menyu var idi. Lakin bəzi sürücülərin xüsusi diyetaları var. Məsələn, Lyuis veqandır. Hesabı da Lyuis ödədi. Çox nəzakətli hərəkət idi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*