F-1.az xatırladır ki, gənc sürücü keçən il Formula2 çempionatında üçüncü olaraq Formula1-ə yüksəlib.
Aleksander Elbon: “Buradakı sürüş tərzi məni təəccübləndirdi. Formula2-də təkərləri qorumaq üçün tam güclə sürmürdük. Potensialımızın 90 faizini göstərirdik. Formula1-də isə bu göstərici 95 faizdir. Rəqibi izləmək pisdir. F2-də mübarizə aparmaq çətindir və təkərləriniz qızdığı üçün iki dövrədən çox mübarizə aparmaq olmur.
F1-də isə rəqibi izləmək gözlədiyimdən asandır. Bu, yeni reqlamentə görə belə olsa da, ötmə etmək çətindir. Melburn buna gözəl misaldır. Rəqiblə mübarizə apararkən təkərə nəzarət etmək çətinləşir”.