F-1.az xatırladır ki, indoneziyalı sürücü birillik fasilədən sonra Williams-la idmana qayıtmış və 3 yarışdan xal qazanmışdı.
Aleksander Elbon: “Bəzi səbəblərə görə çətin ildi. Lakin düşünürəm ki, hər şey yaxşı idi. Formula1-dəki ən yaxşı mövsümümü keçirdim. Bir sürücü kimi inkişaf etmişəm. Son illərdə öyrəndiklərimi doğru formada tətbiq edə bildim və bu çox vacibdir”.